Stiv Mandanda “Marsel” klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. 37 yaşlı futbolçu komandada 2007-ci ildən çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 20 oyunda 15 qol buraxmışdı.
Fransalı qapıçının “Renn”ə gözlənilən keçidi də rəsmiləşib. Stiv bu klubla 2 illik müqavilə bağlayıb.