"Marsel" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssislə əməkdaşlığı dayandırmaqla bağlı qarşılıqlı razılaşma əldə olunub.
Qeyd edək ki, Sampaoli 2021-ci ilin fevralından “Marsel”i çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2021/22 mövsümündə Fransa Liqa 1-də 2-ci olub.