"Çelsi" heyətini tanınmış futbolçu ilə gücləndirməyə yaxındır.
Offsideplus.az "The Atletic"ə istinadən xəbər verir ki, "zadəganlar" PSJ-nin 23 yaşlı mərakeşli müdafiəçisi Əşrəf Hakimini heyətinə qatmaq üçün hərəkətə keçib.
Hakiminin Paris klubuyla müqaviləsi 2026-da başa çatır.
Qeyd edək ki, o, keçən ilin yayında 66 milyona "İnter"dən PSJ-yə keçib.