Fransanın PSJ klubu "Barselona"nın yarımmüdafiəçisi Usman Dembeleni transfer etmək istəmir.

Offsideplus.az xəbər verir ki, Luis Kamposun yeni idman direktoru təyin edilməsindən sonra Paris klubu bu keçid üçün danışıqları dayandırıb.

Portuqaliyalı menecer Dembele ilə danışıqlara qarşı çıxıb. O, futbolçunun tez-tez zədələnməsindən və işə münasibətindən narazıdır. O, 25 yaşlı yarımmüdafiəçinin transferini riskli addım hesab edir.