Türkiyə yığmasının sabiq üzvü Burak Yılmaz Fransanın "Lill" klubundan ayrılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, B.Yılmaz 2020-ci ildən oynadığı "Lill"də indiyə kimi 72 matçda 25 qol vurub. O, Fransa təmsilçisi ilə ölkə çempionatının və kubokunun qalibi olub.
Onu da bildirək ki, Burakın "Beşiktaş"a qayıdacağı gözlənilir.