Fransanın "Lill" klubunda çıxış edən Burak Yılmaz yenidən Türkiyəyə qayıdır.

 Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını "Beşiktaş"da bitirmək istəyir. Fransa mətbuatına açıqlama verən forvard "qara qartallar"ın heyətində çıxış etmək istədiyini söyləyib:

"Mən "Beşiktaş"lıyam. Bu klubun kapitanı olaraq karyeramı bitirmək istəyirəm. Geri dönmək arzusundayam. Maddi məsələlər sonrakı işdir".

Təcrübəli oyunçu İstanbul təmsilçisiylə danışıqlar apardığını da bildirib.

Qeyd edək ki, Burak 2006/2008 və 2019/2020-сi illərdə "Beşiktaş"da forma geyinib.