PSJ-nin futbolçusu Leandro Parades karyerasını İspaniyada davam etdirmək istəyir.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı oyunçu "TyC Sports"a açıqlamasında "Real"da oynamaq istədiyini bildirib: "Hər bir futbolçu "Real"da çıxış etmək istəyər. Onlar çox önəmli klubdur".

Qeyd edək ki, Paris təmsilçisi ilə 2023-cü ilədək sözləşməsi olan yarımmüdafiəçi mövsümün sonunda klubdan ayrılacaq.