Fransa Peşəkar Futbolçular İttifaqı (UNFP) rəsmi saytında Liqa 1-də 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədləri siyahısını dərc edib.

Offsideplus.az xəbər verir ki, namizədlər arasında Kilian Mbappe (PSJ), Vissam Ben-Yedder ("Monako"), Dimitri Payet ("Marsel"), Lukas Paketa ("Lion") və Martin Terye ("Renn") yer alıb.

Qeyd edək ki, çempionluğu rəsmiləşdirən PSJ-nin hücumçuları Lionel Messi və Neymar siyahıdya daxil edilməyib.