Fransanın PSJ klubu yarımmüdafiəçisi Marko Verratti ilə müqaviləni uzatmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin yaxın vaxtlarda futbolçu ilə razılığa gələcəyi gözlənilir. 

29 yaşlı yarımmüdafiəçinin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.  

Qeyd edək ki, Verratti 2012-ci ildən Paris klubunda çıxış edir.