Fransa PSJ-sinin futbolçusu Yulian Draksler yay transfer pəncərəsi dövründə klubunu dəyişməyə qərar verib.
Offsideplus.az xəbər verir ki, alman yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirə bilər.
Onun xidmətində “Sevilya” maraqlıdır. 28 yaşlı futbolçu Almaniyadan da bir neçə təklif alıb.
Yulian 2017-ci ildən Paris klubunun formasını geyinir. Onun PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.