Fransa PSJ-sinin futbolçusu Yulian Dreksler əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi sağ dizindəki meniski səbəbindən cərrahiyyə əməliyyatı edilib.

Onun 30-45 gündən sonra məşqləri bərpa edəcəyi gözlənilir. Yulian cari mövsüm Liqa1-də 18 matça çıxıb. Onun aktivində 1 qol var.

Qeyd edək ki, Dreksler 2017-ci ildən PSJ-də çıxış edir.