PSJ klubu Fransa Liqasının 31-ci turunda "Klerman"la səfər oyunu öncəsi zədəli futbolçuların çoxluğu problemi ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin 8 oyunçusu komandanın bu gün keçirilən məşqini buraxıb. Bunlar qapıçı Keylor Navas, yarımmüdafiəçilər Yulian Draksler, Ander Herrera, İsmael Qarbi, Anxel Di Mariya, Leandro Paredez və müdafiəçilər Abdu Diallo, Layven Kurzavadır.

Qeyd edək ki, "Klermon" - PSJ görüşü sabah keçiriləcək.