Fransanın “Bordo” komandasının müdafiəçisi Loran Koselni karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu özü bu barədə məlumat verib.
Qeyd edək ki, Koselni 2019-cu ilin avqustundan “Bordo”da çıxış edirdi. Ölkəsində “Genqam, “Tur” və “Loryan” klublarının da şərəfini qorumuş müdafiəçi, daha çox London “Arsenal”ındakı çıxışı ilə tanınıb. O, 2010-2019-cu illərdə İngiltərə klubunun şərəfini qoruyub. Koselni Fransa millisində 51 oyuna 1 qol vurub.