PSJ klubunun niderlandlı yarımmüdafiəçisi Corcinyo Veynaldum karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, “Aston Villa” 31 yaşlı futbolçusun xidmətində maraqlıdır.

PSJ-də çox şans qazanmayan Veynaldumun yay transfer pəncərəsi dövründə komandadan ayrılmaq ehtimalı var.

Qeyd edək ki, o, daha əvvəl Premyer Liqa təmsilçilərindən “Liverpul”da çıxış edib.