Fransanın “Marsel” klubunun daxilində gərgin vəziyyət yaranıb.
Offsideplus.az xəbər verir ki, eyniadlı şəhər təmsilçisinin futbolçuları ilə baş məşqşçi Xorxe Sampaoli arasında problemlər yaşanır. Oyunçuların argentinalı mütəxəssisi ciddiyə almadığı, verdiyə tapşırıqlara laqeyd yanaşdığı iddia olunur. Bu səbəbdən oyunçular onun verdiyi göstərişləri meydanda tətbiq edə bilmirlər.
Xatırladaq ki, "Marsel” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ"ın rəqibidir. Bu komandaların ilk oyununu fevralın 17-də səfərdə, cavab matçı isə bundan 1 həftə sonra Bakıda keçirəcək.