Vladimir Petkoviç Fransanın "Bordo" klubunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Fransa Liqa 1-in 23-cü turunda “Reyms"ə məğlubiyyətdən (0:5) sonra onunla yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, “Bordo” son 6 oyunun 5-də məğlub olub. Komanda 23 oyunda cəmi 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.