“Renn” klubunun qapıçısı Doğan Alemdar Fransa çempionatında yanvarın ən yaxşı gənc futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı qolkiper ötən ay oynadığı 3 matçda qapısına gələn 9 zərbədən 6-nı dəf edərək, komandasını qoldan xilas edib, yalnız 3 qol buraxıb.