"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Marsel"də ayrılıq yaşanıb.

 Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisinin argentinalı futbolçusu Dario Benedetto "Boka Xuniors"la anlaşıb. Onunla 2024-cü ilədək sözləşmə imzalanıb.

Qeyd edək ki, Benedetto 2019-cu ildən "Marsel"də çıxış edirdi.