"Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in oyunçusu Bubakar Kamara komandadan ayrılmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə "Çelsi"nin danışıqlar apardığı bildirilib. Fransa təmsilçisi də futbolçusu ilə bu qış yolları ayırmağa hazırdır.

Qeyd edək ki, Bubakar 2016-cı ildən "Marsel"də çıxış edir.