Türkiyə yığmasının və Fransanın “Lill” klubunun hücumçusu Burak Yılmaz koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, ondan götürülmüş sonuncu COVİD-19 testinin pozitiv çıxıb.
Qeyd edək ki, 36 yaşlı hücumçu bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 23 oyunda 6 qola imza atıb.