"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Marsel" futbolçusunu icarəyə verib.

 Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisinin müdafiəçisi Jordan Amavi "Nitsa"ya keçib. O, bu ilin yayına kimi sözügedən klubun şərəfini qoruyacaq.

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk qarşılaşmasını fevralın 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.