PSJ-nin futbolçusu Leandro Parades ölkəsinə qayıtmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "ESPN"ə danışan 27 yaşlı oyunçu ölkəsi argentinaya geri dönmək istədiyini deyib:

"Hələ ki, o an deyil, amma bir gün ölkəmə geri dönəcəm. Hazırda hər şey çətindir.Lakin həqiqətən "Boka Xuniors"a qayıtmaq istəyirəm".

Qeyd edək ki, Parades 2019-cu ildən PSJ-də çıxış edir. O 2012/2015-ci illər aralığında "Boka Xunyors"un şərəfini qoruyub.