PSJ klubunun qadın komandasının üzvü Aminata Diallo saxlanılıb.
Offsideplus.az xəbər verir ki, o, komanda yoldaşı Xeyra Hamruiyə hücum təşkil etməkdə ittiham edilir.
Bir müddət əvvəl Fransada mehmanxanaların birində PSJ-nin qadın futbolçuları nahar edib. Daha sonra Aminata və Hamrui birlikdə yola düşüb. Yolda maskalı iki nəfər Hamruiyə hücum edib, ona xəsarət yetiriblər.
Məlumatı PSJ-nin mətbuat xidməti yayıb.