PSJ-nin qapçısı Keylor Navas zədələnib.

Offsideplus.az "Fedefutbol"a istinadən xəbər verir ki, Paris klubunun həkimlərinin verdiyi məlumata görə, 34 yaşlı qolkiper təyyarədə olarkən qolundan zədə alıb. Adı çəkilən oyunçu Kolumbiya millisinin Kanada və Honduras ilə qarşılaşmalarında oynamayacaq.

Qeyd edək ki, Navas 2019-cu ildən Paris təmsilçisinin şərəfini qoruyur.