"Marsel"in futbolçusu Dmitri Payetin bilərəkdən sarı vərəqə gördüyü iddia edilir.

 Offsideplus.az xəbər verir ki, fransız jurnalist Romain Canuti 34 yaşlı futbolçunun Avropa Liqasında "Latsio"la (2:2) keçirilən matçda cəzalı duruma düşmək üçün vərəqə aldığını deyib.

O, bildirib ki, oyunçu "Qalatasaray"la qarşılaşmada iştirak etmək istəmədiyinə görə bunu edib.

Qeyd edək ki, "Qalatasaray" - "Marsel" matçı noyabrın 25-də baş tutacaq.