Fransanın PSJ klubu heyətini daha bir ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi "Mançester Yunayted"in fransalı futbolçusu Pol Poqbanı transfer etməyə yaxındır. 28 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda PSJ-yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Poqba 2016-cı ildən "qırmızı şeytanlar"ın formasını geyinir.