PSJ klubu Fransa Liqa 1-in 12-ci turunda son çempion “Lill”i qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin dörd futbolçusu bu matçı buraxmalı olacaq. 

PSJ-də hücumçu Kilian Mbappe, yarımmüdafiəçi Marko Verratti, Leandro Paredes və müdafiəçi Serxio Ramos “Lill”lə oyunu buraxacaq. 

Qeyd edək ki, bu gün keçiriləcək PSJ – “Lill” matçına saat 23:00-da start veriləcək.