Fransalı müxbir Kevin Diaz Türkiyə millisinin və "Lill" klubunun hücumçusu Burak Yılmazı tənqid edib.
Offsideplus.az xəbər verir ki, o, 36 yaşlı türkiyəli hücumçunun bu mövsüm performansının aşağı olduğunu və "Lill" klubunun yayda Burakı istəyən "Nitsa"ya göndərməməkdə səhv etdiyini vurğulayıb.
Qeyd edək ki, Burak bu mövsüm komandasının heyətində 13 maçta 4 qol, 3 məhsuldar ötürmə edib.