PSJ-nin bu yay transfer etdiyi Corcinyo Viynaldum son həftələrdə əsas heyətə düşmədiyi üçün xoşbəxt deyil.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı niderlandlı futbolçu yeni komandasın da oynamadığı üçün çətinlik çəkdiyini deyib:
"Hazırkı vəziyyətdə PSJ ilə bağlı hər şeyin yaxşı getdiyini deyə bilmərəm. Son illər tez-tez oynayırdım və yaxşı formada idim. Hər şey əla idi. İndiki vəziyyət fərqlidir, buna öyrəşməliyəm. Karyeramda yeni bir dönəm fikrindəydim, amma bu vəziyyətdə çətindir. Bu futboldur, qəbul etmək lazımdır".
Qeyd edək ki, Paris təmsilçisi ilə son 5 matçda sadəcə 1 dəfə ilk 11-də başlayan Viynaldum ümumilikdə 11 oyunda 502 dəqiqə meydanda olub.