PSJ-nin baş məşqçisi Mauritsio Poçettinonun Fransa Liqa1-nin VI turunda “Lion”la matçın 76-cı dəqiqəsində Lionel Messini əvəzləməsinin səbəbi bəlli olub.

Offsideplus.az-ın məlumatına görə, argentinalı mütəxəssis bu addımı Leonu növbəti oyunlara qorumaq üçün etdiyini deyib: “Messini mümkün zədədən qorumaq üçün əvəz etmək qərarına gəldik. Qarşıda vacib oyunlar var və biz onu qorumalıyıq”.