"Lill"in türk futbolçusu Zeki Çelik karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Offsideplus.az "Haber Global"a istinadən xəbər verir ki, Zekinin meneceri Fazil Özdemir "Atletiko Madrid"in 24 yaşlı müdafiəçi ilə maraqlandığını açıqlayıb. 3 mövsümdür Fransada çıxış edən Çelikin "matrasçılar"a keçmək istədiyi bildirilir.

Madrid təmsilçisi Zeki üçün "Lill"ə 8 milyon avro təklif edir. 

Qeyd edək ki, türk ulduzun Fransa klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.