PSJ-nin əfqan əsilli qadın futbolçusu Nadiya Nadimin atası 21 il əvvəl "Taliban" qruplaşması tərəfindən öldürülüb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə "BT" nəşrinə açıqlamasında xatırladıb.

"O, futbolu sevirdi. Bizə ilk dəfə futbol topu alıb. Çox gözəl insan idi. Amma təəssüf ki, "Taliban" tərəfindən öldürüldü".

Nadim, qruplaşmanın hakimiyyəti ələ alması barədə bu sözləri deyib: "Anlamaq çox çətindir. Hazırda düşüncələrim ölkədəki bütün qadınlarla bağlıdır. Gələcəkdə onları nələrin gözlədiyini bilmirəm".