Yay transfer dönəminə nəhəng transferlərlə damğa vuran PSJ-nin ulduzlarla dolu heyəti idarə etməsi çətin olacaq.
Offsideplus.az "Canal +"a istinadən xəbər verir ki, Leo Messini heyətinə qataraq adından söz etdirən PSJ, geniş heyətinin necə idarə ediləcəyini düşünərkən, AVRO-2020-nin ən dəyərli futbolçularından olan Canluici Donnarumma Fransa klubuna ehtiyatda oturmağa gəlmədiyini deyib:
"PSJ məni transfer etmək istədi və buraya oynamaq üçün gəldim. Keylor Navas möhtəşəm qapıçıdır, amma rəqabət məni qorxutmur. Burada yaxşı başlanğıca imza atmaq üçün əlimdən gələni edəcəm və Keylorla girəcəyim rəqabət məni böyüdəcək".
Qeyd edək ki, PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi "Brest" səfərində Donnarumma ehtiyat heyətdə yer almışdı.