Leo Messinin keçidindən sonra PSJ bəzi futbolçularını satmaq qərarına gəlib. 

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, onların arasında Yulian Draksler də var. Paris təmsilçisi "Qalatasaray"ın da yaxından maraqlandığı 27 yaşlı yarımmüdafiəçiyə 20 milyon avro satış qiyməti qoyub. Transfer məbləği və 6 milyon avro maaş tələbinə görə "Cim-Bom" futbolçunun mümkün transferindən imtina edib. 

"Latsio", "Bayer", "Vest Hem" kimi klubların hədəfində olan Drakslerdən imtina edən Türkiyə klubu transfer strategiyasına uyğun olan digər oyunçuların üzərinə düşüb.