Türkiyə millisinin üzvü Cengiz Ündərin də formasını geyindiyi "Marsel"in "Bordo"ya qarşı oyunda qorxu dolu anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, 6-cı dəqiqədə Dimitri Payet cərimə zərbəsini vurmaq istəyərkən anidən dayanıb. O anda Samuel Kalu huşunu itirərək yerə yıxılıb. Hər iki komandanın oyunçuları Kalunun ətrafına toplaşıb və meydançaya həkimlər çağırılıb. 

Komanda yoldaşlarının köməyi ilə ayağa qalxıb meydanı tərk edən 23 yaşlı nigeriyalının başına buz qoyulub. 

Qeyd edək ki, Kalunun 2019-cu ildə də Nigeriyada məşq zamanı huşunu itirmişdi.

Screenshot 2021 08 16 102804

1629058318 OM Bordeaux Samuel Kalu collapses alone before getting up

 

 

skysports samuel kalu bordeaux 5480315