Heyətində Zeki Çelik, Mustafa Kapı, Yusuf Yazıcı və Burak Yılmaz kimi oyunçular olan "Lill" Türkiyə millisinin daha bir üzvünü heyətinə qatmaq istəyirdi.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, son çempion "Trabzonspor"un qapıçısı Uğurcan Çakır üçün 11,5 milyon avroluq rəsmi təklif göndərmişdi. Trabzon təmsilçisi isə bu təklifi geri çevirmişdi.

Bunun əvəzinə "Lill" "Napoli"nin qolkiperi  David Ospinanı hədəf alıb. Fransa klubunun 32 yaşlı qapıçı üçün hərəkətə keçdiyi bildirilir.