PSJ-nin yeni transferlərindən olan Serxio Ramos "Real Madrid"də oynayarkən sıx-sıx qarşılaşdığı və gərginlik yaşadığı Lionel Messinin Fransız klubuna keçməsinə təəccübləndiyini gizlətməyib.
Offsideplus.az xəbər verir ki, oyunçuların bir-biriylə necə yola gedəcəyi məsələsi müzakirə olunarkən ilk reaksiya ispan müdafiəçidən gəlib.
"Instagram" hesabında özünün və Messinin yanaşı qoyulan PSG formalarını paylaşan Ramos "Bir gün eyni komandada oynayacağımızı kim deyə bilərdi ki? Xoş gəldin, Messi" sözlərini yazıb.