Fransanın PSJ klubu ötən gün Lionel Messinin transferini açıqladı.

Offsideplus.az xəbər verir ki, argentinalı ulduzun PSJ-də qazanacağı məbləğ isə maraq doğururdu.

Fransa mediasının yazdığına görə, Messi PSJ-də ən yüksək gəlirli futbolçu olacaq. Argentinalı Neymar və Mbappeni geridə buraxaraq, ildə 35 milyon avro qazanacaq.

Xatırladaq ki, argentinalı 21 il formasını geyindiyi "Barselona"da illik maaşında 50 faiz endirimə getsə də, La Liqanın yeni maliyyə qaydalarına görə klubda qalması reallaşmamışdı. Həmin məbləğin də 35 milyon avro olması "Barselona" azarkeşlərini məyus edib. 

 

Offsideplus.az