"Barselona"dan ayrılan Lionel Messinin "PSJ"-yə keçəcəyi gözlənilir.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Neymar "10" nömrəli formasını təklif etsə də, 34 yaşlı hücumçu razılaşmayıb. Argentinalı ulduzun seçəcəyi nömrələr arasında "19" var. 

PSJ-nin "30" nömrəni Messiyə təklif etdiyi, onun da bu nömrə altında oynamaq istədiyi bildirilir. Fransa Liqa 1-də bu nömrə yalnız qolkiperlərin istifadəsi üçün açıq olsa da, qurum ulduz futbolçu üçün istisna etməyə hazırdır.

Qeyd edək ki, peşəkar karyerasına "30" nömrə ilə start verən  Leo, 2006-cı ildə "19", 2008-ci ildə isə Ronaldinyonun gedişindən sonra ikonik "10" nömrəni kürəyində daşıyıb.