İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, PSJ 28 yaşlı oyunçunun xidmətində maraqlıdır. Poqbanın meneceri Mino Rayolanın Paris klubu ilə danışıqlar apardığı bildirilir. Məlumata görə,yarımmüdafiəçi 43 milyon avro qarşılığında PSJ-yə transfer oluna bilər. Poqba da Premyer Liqa klubundan ayrılmaqda qərarlıdır.
Poqbanın "Mançester Yunayted"lə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Buna görə də, "Mançester Yunayted"in futbolçunu uyğun məbləğ qarşılığında satmağa hazır olduğu bildirilir.