"İnter" klubunun müdafiəçisi Əşrəf Hakiminin PSJ-yə keçidi rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı mərakeşli futbolçu ilə 5 illik müqavilə imzalanıb. Paytaxt təmsilçisi bu keçid üçün 70 milyon avro təzminat ödəyəcək.
Futbolçunun illik maaşının isə 8 milyon avro olacağı bildirilib.