Hollandiya millisinin üzvü Uesli Sneyder klubunu dəyişib. 33 yaşlı futbolçu yayda transfer olunduğu Fransanın "Nitsa" klubundan ayrılıb.
Offsideplus.az.az xəbər verir ki, ulduz futbolçu karyerasını Qətərdə davam etdirəcək. Təcrübəli yarımmüdafiəçi türkiyəli Bülənt Uyğunun çalışdırdığı "Əl-Qrafa" klubu ilə anlaşıb. Sneyder yeni klubu ilə ilyarımlıq sözləşmə imzalayacaq.
"Qalatasaray"ın sabiq futbolçusu ölkəsinin mətbuatına açıqlamasında məlumatı təsdiq edib: "Qətərə gedirəm. Mənim üçün möhtəşəm macəra olacaq".
Qeyd edək ki, Sneyder karyerası ərzində "Ayaks", "Real" və "İnter" kimi komandalarda forma geyinib.