Fransanın "Lion" klubu türk qapıçını heyətinə qatıb.
Offsideplus.az "Sporx"ə istinadən xəbər verir ki, Fransa təmsilçisi "Kayserispor"lu Doğan Alemdar ilə razılaşıb. "Lion" 18 yaşlı qolkiper üçün 3,5 milyonluq rəsmi təklif göndərib. "Kayserispor" rəhbərliyinin pula ehtiyacı olduğu üçün təklifi qəbul edib, transferin bir həftə içində açıqlanacağı gözlənilir.
Qeyd edək ki, keçən mövsüm 28 oyunda forma geyinən gənc qapıçı ilə "Milan' və "Lill" klublarıda yaxından maraqlanır.