"Lill" klubunun türkiyəli ulduzu Burak Yılmaz 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub. 35 yaşlı hücumçu 52.2 faiz səs toplayıb. 

Qeyd edək ki, forvard geridə qalan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 28 oyunda 16 qol vurub.