Kriştiano Ronaldo yenidən PSJ-nin maraq dairəsinə düşüb. 

Offsideplus.az "Gazzetta dello Sport"a istinadla xəbər verir ki, Kilian Mbappenin Paris təmsilçisi ilə 2022-nin yayında başa çatacaq müqaviləsinin müddətini artırmaq haqda düşünməməsi klub rəhbərliyini alternativ variant axtarmağa vadar edib. Mbappenin "Real"a mümkün transferi Ronaldonun PSJ-yə keçidinə səbəb ola bilər. 

Hətta bu baş verməsə belə, Kriştianonun Mauro İkardi ilə dəyişdirilməsi mümkün görünür. "Yuventus" argentinalı forvardın xidmətində maraqlıdır. 

Bir sözlə, Ronaldonun PSJ-yə keçidi kifayət qədər real görünür.