PSJ-nin ulduzu Neymarın "Nike" şirkəti ilə əməkdaşlığı başa çatıb.

Offsideplus.az xəbər verir ki, buna braziliyalı hücumçunun şirkətin işçilərindən birinə cinsi zorakılıq göstərməsi ilə bağlı iddialar olub.

"Nike" məsələnin araşdırılmasını tələb etsə də, Neymar iddiaları inkar edib. Bu səbəbdən amerikan idman şirkəti və 29 yaşlı futbolçu arasında əməkdaşlığa son qoyulub.