Fransanın PSJ klubu ilin ən böyük transferlərindən birini etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi “Renn”in futbolçusu Eduardo Kamavinganı sıralarına qatmağa yaxındır.

18 yaşlı anqolalı yarımmüdafiəçi klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini deyib.

“Renn” isə futbolçu üçün PSJ-dən 100 milyon avro tələb edir. PSJ-nin sözügedən məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Kamavanqanın “Renn”lə müqaviləsi gələn ilin yayına qədərdir.