Fransa Liqa 1-in 2020-21 mövsüm üzrə sonuncu turunda "Lill" "Anje"nin qonağı olub.

 Offsideplus.az xəbər verir ki, Kristof Qaltyenin baş məşqçi olduğu komanda rəqib üərində 2:1 hesablı qələbə qazanıb. Bununla da, "Lill" xallarının sayını 83-ə çatdıraraq 10 ildən sonra Fransa çempionu olub. Komanda PSJ-nin 3 illik çempionluq hegemonluğuna da son qoyub.

Oyunun icmalını təqdim edirik:

"Anje" - "Lill" 1:2 (Fulcini, 90+2. C.David, 10. B.Yılmaz, 45+1. - pen.)