PSJ-nin ulduzu Anxel Di Mariya Safet Suşiçin rekordunu qırıb.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Paris təmsilçisindəki assist sayını 104-ə çatdırıb. Bununla da, PSJ-nin əfsanəsi Safet Suşiçin rekordunu (103 assist) geridə qoyaraq ən çox məhsuldar ötürmə edən futbolçu olub. 

Qeyd edək ki, bu mövsüm PSJ ilə 42 oyuna çıxan Di Mariya, 6 qol vurub və 3 assist edib.