"Lill" "Trabzonspor"un daha bir futbolçusu ilə yaxından maraqlanır.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, "qırmızı-ağlar" Türkiyə millisinin və "Trabzonspor"un qapıçısı Uğurcan Çakır üçün hərəkətə keçib. "Lill" indiki qolkiperi Mayk Menyanı yayda "Milan"a satmağı planlaşdırır. Bu halda isə onu əvəzləməyə ən yaxşı namizəd Çakırdır.

"Liverpul", "İnter", "Roma", "Renn" kimi klubların gündəmində olan Uğurcanın transferindən "Trabzonspor" ən azı 20 milyon avro gəlir əldə etməyi gözləyir. 

Qeyd edək ki, "Lill" daha öncə Trabzon təmsilçisinin digər futbolçusu Abdulkadir Ömürlə də yaxından maraqlanırdı.

Xatırladaq ki, "Lill" klubunda Burak Yılmaz, Zeki Çelik və Yusuf Yazıcı kimi türk ulduzlar çıxış edir.